“AKP-ni zəiflədən Türkiyəni zəiflətmiş olacaq” – müdafiə nazirindən AÇIQLAMA
Bizi izləyin

Dünya

“AKP-ni zəiflədən Türkiyəni zəiflətmiş olacaq” – müdafiə nazirindən AÇIQLAMA

Milli müdafiə naziri İsmət Yılmaz Türkiyədə keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı mövqeyini açıqlayıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, nazir İ.Yılmaz deyib ki, seçkinin nəticələri ədalətli deyil.

Seçki ərəfəsində AKP-yə qarşı təzyiqlərin artmasına da toxunan İ.Yılmaz qeyd edib ki, bu cür hərəkətlər ədalətsizdir: “Seçkilər ölkəmiz üçün uğurlu olsun. Biz millətin verdiyi mesajı alacağıq və dəyərləndirəcəyik. Nə zaman əskik iş görmüşüksə, mütləq onu nəzərdən keçirəcəyik. Biz AKP olaraq Türkiyədə son 80 ildə görülən işlərdən daha çoxunu həyata keçirdik. Biz hər zaman demişdik ki, Türkiyədə MHP iqtidara gələ bilməyəcək. Hər kəs gördü ki, MHP yenə iqtidara gələ bilmədi. Çox açıq söyləyirəm ki, bundan sonra 100 il də keçsə, MHP yenə iqtidarda ola bilməyəcək.

CHP də iqtidara gələ bilməyəcək. Çünki Qərbi və Şərqi Anadoludan millət vəkili seçilməsinə gücü olamayan heç bir siyasi partiya iqtidara gələ bilməz. İndi Türkiyədə güclü və bütöv xalq tərəfindən dəstəklənən yeganə partiya AKP-dir. Əgər kimsə AKP-ni zəiflətsə, bütövlükdə Türkiyəni zəiflətmiş olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm