Britaniyadan Rusiyaya siqnal: “Qırmızı xətləri keçməyə icazə verməyəcəyik”
Bizi izləyin

Dünya

Britaniyadan Rusiyaya siqnal: “Qırmızı xətləri keçməyə icazə verməyəcəyik”

Böyük Britaniya hökuməti ölkə ərazisində ABŞ-ın nüvə raketlərinin yerləşdirilməsi məsələsinə baxmağa hazırdır.

Publika.az “The Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Filip Hammond ölkə telekanallarından birinin efirində deyib.

Onun sözlərinə görə, nüvə raketlərinin ölkə ərazisində yerləşdirilməsi Rusiyaya dəqiq siqnallar” göndərmək ehtiyacı ilə bağlıdır. Hammond deyib ki, bu barədə qərar ABŞ-la birgə qəbul olunacaq.

Xarici işlər naziri qeyd edib ki, Rusiyanın Kalininqrad vilayətində göstərdiyi hərbi fəallığa cavab verilməlidir.

Xatırladaq ki, Rusiya Quru Qoşunlarının general-mayoru Mixail Matveyevski Kalininqrad vilayətində yerləşdirilən raket briqadasının 2018-ci ilə kimi “İskəndər-M” operativ-taktik kompleksləri ilə yenidən təchiz ediləcəyini bildirib.

“Biz Rusiyaya dəqiq siqnal göndərməliyik ki, ona “qırmızı xətlər”i keçməyə icazə verməyəcəyik. London məsələ ilə bağlı amerikalılarla sıx əməkdaşlıq edir”, - Britaniya xarici işlər naziri söyləyib.

Filip Hammond həmçinin qeyd etdi ki, Britaniya ərazisində Amerikanın nüvə raketlərinin yerləşdirilməsi məsələsi hələlik hipotetikdir. Nazirin sözlərinə görə, “ehtiyac olmadan” Rusiyanı təhrik etmək və Ukraynada davam edən münaqişə şəraitində qızğın silahlanmanın yeni mərhələsinə başlamaq niyyətində deyillər.

Lakin “The Daily Mail” nəşri hesab edir ki, Amerika raketlərinin Britaniya ərazisində yerləşdirilməsi Devid Kameron hökumətinə zərər vura bilər. Nəşr xatırladır ki, 1981-ci ildə hökumətin Hərbi Hava Qüvvələrinin “Greenham Common” bazasının ərazisində qanadlı raketlərin yerləşdirilməsi ilə bağlı qərarı uzunmüddətli etirazlara gətirib çıxarıb. Baza etiraz aksiyasının iştirakçıları tərəfindən mühasirəyə alınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm