Türkiyədə hökumət müəmması: Erkən seçkilər, yoxsa inanılmaz koalisiya? – SSENARİLƏR
Bizi izləyin

Dünya

Türkiyədə hökumət müəmması: Erkən seçkilər, yoxsa inanılmaz koalisiya? – SSENARİLƏR

Türkiyədə dünən keçirilən parlament seçkiləri Ədalət və İnkişaf Partiyasının (AKP) 13 illik təkbaşına iqtidar dövrünə son qoydu. Seçkilərin nəticələrinə görə, AKP 258, Cümhuriyyət Xalq Partiyası (CHP) 132, Milliyyətçi Hərəkat Partiyası (MHP) və Xalqların Demokratik Partiyasının hər biri 80 millət vəkili ilə parlamentdə təmsil olunmaq hüququ qazanıb. Beləliklə, heç bir partiya təkbaşına hökumət qurmaq üçün tələb olunan 276 mandat qazana bilməyib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda qurulacaq hökumətlə bağlı bir neçə ssenari gündəmə gəlib.

1.Növbədənkənar parlament seçkiləri: Səsləndirilən ssenarilərdən birinə görə, prezident Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərindən istifadə edərək növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar verə bilər. Parlamentdə təmsil olunan digər üç partiyanın bir araya gələrək hökumət qurma ehtimalı zəif olduğundan, AKP-nin təmsil olunmadığı bir hökumətin fəaliyyəti də mümkünsüz görünür. Dünən gecə AKP-də ən çox qiymətləndirilən ssenari də məhz növbədənkənar seçkilərdir.

2.AKP-CHP koalisiyası. Ancaq partiyaların proqramlarındakı köklü fərqliliklər uzunmüddətli AKP-CHP koalisiyasının qurulması ehtimalını zəiflədir.

3.AKP-MHP koalisiyası: İki partiya kağız üstündə koalisiyaya yaxın görünsə də, xüsusilə kürd məsələsinin həllində ciddi fikir ayrılıqlarının olması onların bir yerə gəlməsini çətinləşdirir.

4.AKP-HDP koalisiyası: Sürpriz edərək böyük irəliləyiş əldə edən HDP-nin AKP ilə koalisiyaya girməsi də ssenarilərdən biridir. Ancaq HDP-nin bütün kampaniyasını AKP əleyhinə qurması və partiyanın hələ də terror təşkilatının motivində olması qənaəti belə bir koalisiyanın qurulma ehtimalını azaldır.

5.CHP-MHP-HDP koalisiyası: Hər üç partiyanın seçki kampaniyasını AKP-yə qarşı aparması bu ssenarinin rellaşma ehtimalını gündəmə gətirib. Ancaq milliyyətçi seçicilərə xitab edən MHP ilə kürd seçicilərə xitab edən HDP-nin eyni koalisiyada bir araya gələcəyi ciddi sual kimi qiymətləndirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm