“Corc Buş” Krıma gedir
Bizi izləyin

Dünya

“Corc Buş” Krıma gedir

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Corc Buş” təyyarədaşıyan gəmisi Qara dənizinin akvatoriyasına yaxınlaşır.Publika.Az –ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin baş katibi Andrey Parubi bildirib.

“Biz partnyorlarımızla danışıqlar aparırıq. Bu regionda təhlükəsizliyin təmin olunması üçün vacib mexanizmlərdən biridir. Biz dərk edirik ki, Rusiya Federasiyasının təhriki nəticəsində yaranacaq münaqişə Krımdan kənara çıxa bilər. ABŞ Ukraynanın təhlükəsizliyinin zamini olaraq çıxış edir. ABŞ regionda sabitliyin təmin olunması və Ukraynanın ərazi bütövlüyünü qorunması üçün kömək etməlidir”, - A.Parubi söyləyib.

“Corş Buş” gəmisini daha 17 kiçik gəmi və üç sualtı gəmi müşayiət edir. Təyyarədaşıyan gəmi hazırda Yunanıstan sahillərdədir. Türkiyə mediasının yazdığına görə, Ankara gəminin Bosfor boğazından keçməsinə icazə verib. Halbuki, Montrö Boğazlar Razılaşması ilə boğazdan təyyarədaşıyan gəmilərin keçməsi qadağan edilib.

Ukrayna Milli Təhlükəsizlikvə Müdafiə Komitəsinin baş katibi dünən bildirmişdi ki, Qərbin Rusiyaya qarşı sanksiyaların siyahısı geniş ola bilər. A.Parubi iqtisadi sanksiyalarla yanaşı, NATO qüvvələrinin Qara dənizə daxil olmasını da Qərbin mümkün cavab addımlarından biri olduğunu dilə gətirib. O, həmçinin əlavə edib ki, Ukrayna Budapeşt müqaviləsinin zamin ölkələri kimi Böyük Britaniya və ABŞ-ın köməyinə bel bağlayır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm