• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Türkiyə hökuməti təcili toplandı, Davudoğlu istefa verəcək

  • Dünya
  • 8 İyun 2015 14:00
  • 2 234 Baxış
Türkiyə hökuməti təcili toplandı, Davudoğlu istefa verəcək

Türkiyənin baş naziri Əhməd Davudoğlu Nazirlər Kabineti və AKP-nin (Ədalət və İnkişaf Partiyası) Mərkəzi İdarə Heyətinin üzvləri ilə təcili toplantı keçirir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, toplantıda parlament seçkilərinin nəticələri, koalisiya və azlıq hökuməti, o cümlədən növbədənkənar seçkilərlə bağlı ssenarilər müzakirə olunacaq.

AKP-dən bir səlahiyyətlinin verdiyi məlumata görə, Davudoğlu bu gün və sabah istefa ərizəsini prezident Rəcəb Tayyib Ərdoğana təqdim edəcək. Ərdoğanın yeni hökumət qurulana qədər Davudoğludan baş nazir postunda qalmasını istəyəcəyi gözlənilir.

Türkiyə Konstitusiyasına görə, 45 gün ərzində hökumət qurulmasa, üç ay müddətində növbədənkənar seçkilər keçirilməldir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR