Dövlət Baxçalı istefaya çağırıldı: MHP ən kritik dönəmini yaşayır
Bizi izləyin

Dünya

Dövlət Baxçalı istefaya çağırıldı: MHP ən kritik dönəmini yaşayır

“MHP rəhbərliyin istefa verməsinin vaxtı yetişib”.

Bunu Publika.az-a açıqlamasında türkiyəli ekspert Şenol Kantarcı deyib.

Onun sözlərinə görə, partiyanın hazırkı rəhbərliyi 7 iyun seçkilərində uğursuz siyasətini ortaya qoydu: “Həmin seçkilər MHP üçün dəyişiklik vaxtının çatdığını sübut etdi. Dövlət Baxçalının xidmətlərini heç kim dana bilməz. Amma o da həqiqətdir ki, MHP hər keçən gün geriyə doğru gedir, bir növ qan itirir. Məsum və idealist kütlə illərdir MHP üçün var gücü ilə çalışır, lakin rəhbərlik buna adekvat hərəkət etmir. Partiyanı HDP səviyyəsinə düşürən, Ərzurumda millətçi hərəkatı yox edən, İğdırı HDP-yə təslim edən, İstanbulda uduzan bu rəhbərlik getməlidir. Dövlət Baxçalı erkən seçki çağırışı edir. Halbuki 2002-ci ildə MHP baryeri keçməyəndə özü partiya sədrliyinə qalmışdı. Rəhbərlik artıq getməlidir”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm