• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Amerikalı analitik: “Soros Amerika xalqını asmaq istəyir”

  • Dünya
  • 8 İyun 2015 14:59
  • 311 Baxış
Amerikalı analitik: “Soros Amerika xalqını asmaq istəyir”

“Corc Soros Ukraynanın vasitəsilə Amerika xalqını asmaq istəyir”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə amerikalı analitik Ron Pol məşhur milyarder, Açıq Cəmiyyət İnstitutunun (“Soros” Fondu) rəhbəri Sorc Sorosun Ukraynanın silahlandırılması ilə bağlı təklifini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ukraynaya Amerika silahının çatdırılmasından ölkənin vergi ödəyiciləri uduzacaq. Qeyd edək ki, bir neçə gün əvvəl “Kiberberkut” hakerləri qrupu Ukrayna hakimiyyəti və Corc Soros arasındakı yazışmaları dərc edib. “Kiberberkut”un məlumatına görə, öz məktublarında Soros iddia edir ki, ABŞ Ukraynaya ölümcül silahları çatdırmalı və ukraynalı hərbi qulluqçuların xaricdə gizli şəkildə təlimini təşkil etməlidir.

Analitik yazır ki, atəşkəs rejiminə baxmayaraq, Soros bahalı silahların Ukraynaya çatdırılması ideyasını səhnə arxasında irəli çəkir.

“Əlbəttə, silahların pulunu biz ödəməli olacağıq. Çünki Ukraynada pul yoxdur. Corc Soros ABŞ hökumətinə təsirindən istifadə edərək müflis olmuş Ukraynanın qarmağına Amerika xalqını keçirmək istəyir. Ukraynaya ölümcül silahların çatdırılması ABŞ-ın hərbi sənaye kompleksini, həmçinin bankirləri sevindirəcək. Amma yalnız Amerikanın vergi ödəyiciləri uduzacaq”, - analitik qeyd edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR