Məşhur ekstrasens vəfat etdi
Bizi izləyin

Dünya

Məşhur ekstrasens vəfat etdi

Məşhur loğman və ekstrasens Cuna Davitaşvili 66 yaşında Moskva şəhərində vəfat edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ekstrasensin ölüm xəbərini yaxın dostu Stanislav Sadalski yayıb. Onun sözlərinə görə, Cuna ölümündən 2 gün əvvəl komaya düşüb.

“Yemək almaq üçün mağazaya çıxmışdı və oradaca halı pisləşdi. Xəstəxanaya çatdırılanda həkimlər onun qan dövranında problem olduğunu dedi. Cuna oğlunun ölümünə tab gətirmədi...” - Sadalski deyib.

Qeyd edək ki, müxtəlif vaxtlarda Leonid Brejnev, Robert de Niro, Marçello Mastoryanni, Andrey Tarkovski, Federiko Fellini kimi dahi insanlar Cunanın pasiyenti olub.

Cuna son vaxtlar oğlu üçün çox darıxdığını deyirmiş.

Xatırladaq ki, loğmanın oğlu 2001-ci ildə 26 yaşında avtomobil qəzasında həlak olub. Onun oğlunun yanında basdırılacağı güman edilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm