Putin Ərdoğana zəng etdi
Bizi izləyin

Dünya

Putin Ərdoğana zəng etdi

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Publika.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada deyilir ki, Vladimir Putin iyunun 7-də Türkiyədə keçirilən parlament seçkilərində AKP-nin yüksək faiz səs toplamasına görə Ərdoğanı təbrik edib.

Telefon danışıqları zamanı Rusiya və Türkiyə prezidentləri arasında ortaq enerji layihələri barədə də söhbət aparılıb.

Bundan əlavə, prezidentlər bu ilin sonunda Kazanda keçiriləcək Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı toplantısı ilə bağlı da fikir mübadiləsi aparıblar. Gələcəkdə ikitərəfli görüşlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm