Dünya
Krım tatarlarının lideri: BMT Krıma dərhal qoşun göndərsin - YENİLƏNDİ
Krım tatarları 16 Mart tarixində keçirilməsi planlaşdırılan referendumu boykot edəcək.
Publika.Az –ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Krım Tatar Milli Məclisinin sədri Refat Çubarov söyləyib.
O, BMT silahlılarının dərhal Krıma göndərilməsinin lazım olduğunu vurğulayıb. Krım parlamentinin yarımadanın Rusiyaya birləşməsi ilə bağlı qərarından dərhal sonra mətbuat konfransı təşkil edən R.Cubarov bir ölkənin torpağında başqa bir ölkənin ordusunun olduğunu və belə bir şəraitdə Krım tatarlarının referendumda iştirak edə bilməyəcəklərini deyib.
“Bu uşaqların bir az məntiqi olsaydı, ziddiyyətli qərar qəbul etməzdilər. Qərarın müddəaları ziddiyyətlidir. Siz Rusiyaya birləşirsinizsə, referendum nəyə lazımdır? Qəbul edilən qərar bütün qanunlara zidddir. Bu, təxribatdır. Dünya bizi eşitsin. Birləşmiş Millətlər Təşkilatının hərbi qüvvəsi dərhal Krıma gəlməlidir. Daha sonra bu gec olacaq. Təxribatlar ola bilər, bizim bunun qarşısını ala biləcək gücümüz yoxdur. Krım rəhbərliyi onlara verilən əmrləri yerinə yetirir. Dünən Ukraynadan ayrılmaq istəmirik deyirdilər. Bunlar kuklalardır”, - Tatar Milli Məclisinin sədri Krım parlamentinin bugünkü qərarına etiraz edib.
Ömər Dağlı
14.00
Krımda referendumla bağlı iki ziddiyyətli xəbər
Sevastopol Dairə İnzibati Məhkəməsi Krım muxtariyyətinin səlahiyyətlərinin genişləndirilməsi üçün referendumun keçirilməsi barədə Sevastopol Şəhər Şurasının qəbul etdiyi qərarın icrasını dayandırıb.
Publika.Az –ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, 1 Mart tarixində qəbul olunan qərarın icrasının dayandırılması xahişi ilə Ukrayna Baş Prokurorluğu müraciət etmişdi.Sevastopol Şəhər Şurasının qərarı ilə referendumun 30 Martda keçirilməsi planlaşdırılırdı.
Dünən isə Kiyev Dairə İnzibati Məhkəməsi Krım parlamentinin Sergey Aksyonovun Nazirlər Şurasının sədri təyin edilməsi və Krım muxtariyyətinin səlahiyyətlərinin genişləndirilməsi barədə referendum qərarını qanunsuz elan edib. Beləliklə, məhkəmə bütün bu qərarların təsirini dayandırmış olub. Bundan sonra Aksyonovun Krım adından bütün hərəkətləri və qərarları qanunsuz və hüquqi əsası olmayan addımlar hesab ediləcək.
Sevastopol Dairə İnzibati Məhkəməsinin sözügedən qərarına baxmayaraq, Krım Nazirlər Şurasından tamam fərqli bir açıqlama gəlib. Krım baş nazirinin birinci müavini Rüstəm Temirqaliyev referendum tarixinin dəyişdirildiyini bildirib. O, qeyd edib ki, referendum tarixi iki həftə əvvələ, yəni 16 Mart tarixinə keçirilib.
Ömər Dağlı
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər