İranın keçmiş vitse-prezidenti həbs olundu
Bizi izləyin

Dünya

İranın keçmiş vitse-prezidenti həbs olundu

İranın keçmiş prezidenti Mahmud Əhmədinecadın dövründə vitse-prezident və Prezident Administrasiyasının rəhbəri postlarını tutan Həmid Bakaini həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə məhkəmədəki mənbəyə istinadən İRNA agentliyi yazıb.

Həbsin səbəbi açıqlanmayıb.

Qeyd edək ki, bu Əhmədinecad hökumətində təmsil olunan yüksəkvəzifəli məmurların ilk həbsi deyil. Bu ilin yanvarında keçmiş prezidentin köməkçisi Məhəmməd Rza Rəhimi beş il azadlıqdan məhrum edilib və böyük miqdarda cərimələnib. Onunla bağlı verilən məhkəmə hökmünün detalları və cinayətin motivi barədə məlumat verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm