İraqın şimalında İŞİD-in bazası məhv edildi
Bizi izləyin

Dünya

İraqın şimalında İŞİD-in bazası məhv edildi

İraqda könüllü dəstələrin silahlıları ölkənin şimalındakı Ninova vilayətində İŞİD terror təşkilatına aid bazanı məhv ediblər.

Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, hücum zamanı terror təşkilatının liderlərindən biri öldürülüb.

Qeyd edək ki, İraq və Suriya ərazisinin böyük hissəsini tutan İŞİD-in ekspansiyası Yaxın Şərq üçün əsas problemlərdən birinə çevrilib. ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (MKİ) məlumatına görə, İŞİD-in sıralarında təxminən 30 min döyüşçü vuruşur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm