Merkel Moskvanı hədələdi
Bizi izləyin

Dünya

Merkel Moskvanı hədələdi

Almaniyanın Bavariya vilayətində keçirilən G7-nin (“Böyük yeddilik”) sammitində Rusiyaya xəbərdarlıq edilib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel G7-nin liderlərinin Krımın ilhaqına görə Rusiyanı ittiham etdiklərini bildirib.

Kansler qeyd edib ki, liderlər Moskvaya qarşı sanksiyaların sərtləşdiriləcəyinə söz veriblər. O, vurğulayıb ki, bu, Ukraynanın şərqində vəziyyətin gərginləşəcəyi halda ola bilər.

"Biz lazım gələcəyi halda, buna getməyə hazırıq. Düzdür, biz sanksiyaları sərtləşdirmək istəmirik”, - Almaniya hökumətinin başçısı deyib.

Kansler əlavə edib ki, “Böyük yeddilik” beynəlxalq münaqişələrin həllində Rusiya ilə əməkdaşlığa ehtiyac duyur. Ancaq o, G7 formatının genişləndirilməsinin hələ planlaşdırılmadığını söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm