Rusiya vətəndaşı ilk beyin nəqli üçün ABŞ-a gedir
Bizi izləyin

Dünya

Rusiya vətəndaşı ilk beyin nəqli üçün ABŞ-a gedir

Dünyaya gələndən bədənindəki əzələlərin 90 faizi işləmədiyi üçün əlil arabasına bağlı şəkildə yaşayan Valeri Spiridonov ABŞ-a gedəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ilk beyin nəqli əməliyyatına könüllü şəkildə razı olan Rusiya vətəndaşı ABŞ-da italiyalı beyin cərrahı Sergio Kanavero ilə görüşəcək.

Nyu-Yorkda dörd gün qaldıqdan sonra Annapolis şəhərinə gedəcək Spiridonov burada Kanaveronun baş nəqli texnologiyası mövzusunda verəcəyi təqdimatda iştirak edəcək. O, səfərin əməliyyatın həyata keçirilməsi üçün atılan addımlardan biri olduğunu vurğulayıb: “Annapolisdə Kanavero ilə birlikdə beyin nəqli texnologiyası haqqında təqdimatımız olacaq. Elm dünyasının layihəyə dəstəyini qazanmağaçalışacağıq”.

Hər şey planlaşdırıldığı kimi gedəcəyi halda, Spiridonovun əməliyyatı 2017-ci ildə ediləcək. Təxminlərə görə, Spiridonov əməliyyatdan sonra bir ay ərzində komada olacaq, daha sonra isə tədricən yaxşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm