Poroşenko Rusiya ilə hərbi sazişləri ləğv etdi
Bizi izləyin

Dünya

Poroşenko Rusiya ilə hərbi sazişləri ləğv etdi

Ukrayna prezidenti Petro Poroşenko Rusiya ilə müdafiə sahəsində 5 ikitərəfli əməkdaşlıq razılaşmasının ləğvi barədə qanunu təsdiqləyib.

Bu sənədlərdən birində Moldovanın separatçı Dnestryanı regionunda yerləşdirilən Rusiya qüvvələrinin Ukrayna ərazisindən hərəkətinə icazə verilirdi.

Bundan başqa bu razılaşmalarda dövlətlərarası hərbi nəqliyyat əlaqələri, məxfi informasiyaların qorunması, hərbi-kəşfiyyat və hərbi-texniki əməkdaşlıq nəzərdə tutulurdu.

Ukrayna Rusiyanı ölkənin şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır. Moskva isə ittihamı rədd edir. Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm