Deputatdan zəlzələ ilə bağlı ŞOK AÇIQLAMA
Bizi izləyin

Dünya

Deputatdan zəlzələ ilə bağlı ŞOK AÇIQLAMA

Malayziyalı deputat cümə günü baş verən zəlzələ ilə bağlı şok açıqlama verib. Onun açqılamasına görə, zəlzələyə turistlərin müqəddəs dağdakı qeyri-etik hərəkətləri səbəb olub.

Publika.az xəbər verir ki, bir qrup xarici turist bir neçə həftə əvvəl Malayziyada yerləşən müqəddəs dağda çılpaq şəkillər çəkdirərək təbii ehtiyaclarını ödəyiblər. Hökumət də buna əsaslanaraq turistlərin bu “təhqiramiz” hərəktələrinin tanrıları qəzəbləndirdiyini iddia edib.

Keçən həftə müqəddəs dağ hesab edilən Kinabaluda baş verən zəlzələdə 16 nəfər həlak olub, 2 nəfər itkin düşüb. Malayziyanın Sabah əyalətinin deputatı zəlzələnin baş vermə səbəbini məhz soyunan turistlərdə görüb. Onun fikrincə, zəlzələ Kinabalu dağının, həqiqətən də, müqəddəs olduğunu sübut edir. O, zəlzələni “yaradan” turistlərin cərimə olunmasını hökumətdən tələb edəcəyini də bildirib.

Qeyd edək ki, Kinabalu dağı YUNESKO-nun Ümumdünya İrsi siyahısındadır və Malayziya xalqına hörmətsizlik göstərərək dağda çılpaq şəkil çəkdirənlər kanadalı, holland və alman olmaqla 10 nəfər turist olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm