Krım Rusiyaya birləşdirildi - QƏRAR - Yeniləndi
Bizi izləyin

Dünya

Krım Rusiyaya birləşdirildi - QƏRAR - Yeniləndi

Son dəqiqə: Krım Rusiyaya birləşdirildi

Dövlət Duması Krım parlamentinin qərarına baxmağa hazırdır

“Rusiya Dövlət Duması Krım parlamentinin Rusiyaya birləşməsi ilə bağlı qəbul etdiyi qərara baxmağa hazırdır”.

Publika.Az –ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri “Ədalətli Rusiya” Partiyasının lideri Sergey Mironov söyləyib.

O, bildirib ki, Krım parlamentinin məlum qərarına Dövlət Dumasında gələn həftə baxıla bilər. Qeyd edək ki, Krım parlamenti bu gün səs çoxluğu ilə Rusiyaya birləşmək haqqında qərar qəbul edib.

“Krımdakı sardaşlarımız tarixi ədaləti bərpa etmək istəyirlər. Hansı ki, Xruşovun rəhbərliyi dövründə Krım Ukraynaya verilmişdi”, - S.Mironov deyib.

Ömər Dağlı

14.11

Krım parlamenti səs çoxluğu ilə Rusiyaya birləşmək haqqında qərar qəbul etdi.

Publika.az-ın məlumatına görə, bu haqda qərar indi də davam edən parlamentin iclasında verilib.

Artıq Ukraynanın tərikibində olan Krım Rusiyaya rəsmən tabe edildi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm