Donbas separatçıları təslim oldu - SƏNƏD
Bizi izləyin

Dünya

Donbas separatçıları təslim oldu - SƏNƏD

Luqansk və Donetsk “xalq respublikaları” (“DXR” və “LXR”) Ukrayna Konstitusiyasına dəyişikliklərə əlavəni Üçtərəfli Əlaqə Qrupuna təqdim edib.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə “DXR” və “LXR”in nümayəndələri Denis Puşilin və Vladislav Deyneqonun birgə bəyanatında deyilir.

Ukrayna Konstitusiyasına dəyişikliklərə əlavələr Donetsk və Luqansk vilayətlərinin Ukrayna tərkibində xüsusi statusla saxlanılmasını nəzərdə tutur.

Qeyd edək ki, Donbas hövzəsinin statusu separatçılarla Kiyev arasındakı danışıqlarda əsas məsələdir. Separatçıların liderləri bildirirlər ki, “xüsusi status” Donetsk və Luqansk vilayətlərinin bütün ərazisinə aid olmalıdır.

Bu ilin martında isə separatçılar onların nəzarətində olan ərazilərə Kiyev tərəfindən təklif olunmuş xüsusi statusu rədd ediblər. Moskva isə Ukrayna tərəfini Minskdə fevralın 12-də imzalanan sazişin şərtlərini pozmaqda günahlandırır. Sazişdə deyilirdi ki, Donetsk və Luqansk vilayətlərinin bir sıra rayonlarına muxtariyyətə bərabər xüsusi status verilməlidir.

Ukrayna Prezidenti Pyotr Poroşenkonun təqdim etdiyi layihədə isə deyilir ki, xüsusi statusun verilməsi yalnız yerli seçkilərdən sonra həyata keçirilə bilər. Bundan əlavə prezidentin layihəsində seçki zamanı orada heç bir silahlı birləşmələrin olmaması təklif edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm