Döyülən jurnalistə vəzifə verildi
Bizi izləyin

Dünya

Döyülən jurnalistə vəzifə verildi

Döyülən jurnalistə vəzifə verildi

Ukrayna hökumətində korrupsiya əleyhinə siyasət məsələləri üzrə müvəkkil dəyişdirilib.

Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, öz istəyi ilə bu vəzifədən gedən Andrey Boqdanın yerinə vətəndaş fəalı və “Ukrainskoy pravda” qəzetinin jurnalisti Tatyana Çornovıl təyin olunub. Kiyevdə hakimiyyət əleyhinə keçirilən aksiyalarda da iştirak edən Tatyana yüksək vəzifəli məmurlarla bağlı apardığı araşdırmalarla məşhurlaşıb. O, ötən ilin dekabr ayında hücuma da məruz qalıb. Naməlum şəxslər Kiyevə gələrkən avtomobilinin qarşısını kəsərək onu döyərək aradan çıxmışdılar. Sonradan bu hadisəyə görə bir neçə nəfər saxlanılıb. Çornovıl hücumu hakimiyyətin təşkil etdiyini bəyan edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm