İsrail “çirkli" radioaktiv bombaları sınaqdan keçirdi
Bizi izləyin

Dünya

İsrail “çirkli" radioaktiv bombaları sınaqdan keçirdi

İsrailin Dimone nüvə tədqiqatları mərkəzi 2010-2014-cü illərdə “çirkli" radioaktiv bombanın partlayışının nəticələrinin yoxlanılması üçün sınaqlar seriyasını həyata keçirib.

Publika.az xəbər verir ki, bu barədə “Haaretz” nəşrinə istinadən “NEWSru Israel” saytı yazıb.

Jurnalist Xaim Levinson sınaqların iştirakçılarına istinad edərək yazır ki, sınaqlar müdafiə üsullarının axtarışı məqsədi ilə həyata keçirilib. Ümumilikdə 20 sınaq keçirilib və bombaların çəkisi 250 qramdan 25 kiloqrama qədər dəyişib.

Nəşrin məlumatına görə, radioaktivlik və partlayış gücünün səviyyəsinin ölçülməsi üçün mikro-BPLA-lar (pilotsuz uçuş aparatları) da daxil olmaqla nüvə tədqiqatlarının mərkəzinin ən yeni məhsulları sınaqdan keçirilib. Sınaqların nəticəsinə görə, alimlər belə nəticəyə gəliblər ki, “çirkli” bombaların əsas təhlükəsi əhali arasında yaranan təlaşdır. “Çirkli” bombaların partlayışı zamanı radiasiyanın yüksək səviyyəsi yalnız episentrdə müşahidə olunur.

Qeyd edək ki, “çirkli” bombaya tibbi və ya sənaye məqsədləri üçün istifadə edilən radioaktiv maddə əlavə olunur. Bu cür silahın tətbiqi ilə bağlı qorxular 11 sentyabr 2001-ci ili Nyu-Yorkda Ümumdünya ticarət mərkəzinə hücumdan sonra əhəmiyyətli dərəcədə artıb.

İsrail Səhiyyə Nazirliyi 2006-cı ildə “çirkli” bombanın partlayışı zamanı insanları hərəkət planını açıqlayıb. Ölkənin hava və dəniz limanları 2007-ci ildə radioaktiv nəzarətə daxil edilib.

Son illər İsrailin nüvə fəaliyyətini gizli şəkildə icra etməsi və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmaması tənqid olunur. Mütəxəssislər İsrailin 100-200 arasında nüvə başlığına sahib olduğunu təxmin edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm