AKP-li bələdiyyə başçısı güllələndi
Bizi izləyin

Dünya

AKP-li bələdiyyə başçısı güllələndi

Türkiyənin Qars vilayətinin Digor mahalında Ədalət və İnkişaf Partiyasından (AKP) olan bələdiyyə başçısı Ömər Vargün özünə aid çörək sexində naməlum silahlı qrupun hücumuna məruz qalıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, silahlı qrupun üzvlərinin atəşi nəticəsində bələdiyyə başçısı əlindən və üzündən yaralanıb.

O, hücuma görə Xalqların Demokratik Partiyasının (HDP) tərəfdarlarından şübhələndiyini söyləyib. Başından güllə dəyən sex işçisi Gökmen Erkmen xəstəxanaya aparılaraq əməliyyat edilib.

Bələdiyyə başçısı parlament seçkilərindən əvvəl iş yerində hücuma məruz qaldığını, qapı və şüşələrin sındırıldığını xatırladıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm