Rusiya ABŞ quşlarına qadağa qoydu
Bizi izləyin

Dünya

Rusiya ABŞ quşlarına qadağa qoydu

Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) 10 iyun tarixindən başlayaraq ABŞ-dan quş əti və quşçuluq təsərrüfatının digər məhsullarının tranzitini qadağan edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un mətbuat xidmətinin rəhbəri Sergey Dankvert bildirib.

“Bu qərar onunla bağlıdır ki, ABŞ-da quş qripi yayılır. Bizdə həmçinin faktlar var ki, başqa ölkələrdən qaytarılan Amerika məhsulları bizim bazarımıza daxil olur”, - o, deyib.

“Rosselxoznadzor” daha əvvəl bildirib ki, Sibirin regionlarında Qazaxıstandan qayıdan Amerikanın toyuq əti aşkarlanıb. Dankvertin sözlərinə görə, onun işlədiyi idarə qonşu ölkələrlə bu problemi nizama sala bilməyib.

Dankvert həmçinin qeyd edib ki, “Rosselxoznadzor”un Litva, Latviya və Estoniyanın balıq və balıq məhsullarının Rusiya vasitəsilə tranzitini qadağan etməsi istisna olunmur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm