• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Merkel alman rəqsini ifa etdi, Obama isə... - FOTOKARİKATURA

  • Dünya
  • 9 İyun 2015 22:31
  • 524 Baxış
Merkel alman rəqsini ifa etdi, Obama isə... -  FOTOKARİKATURA

ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkelin G7 (“Böyük yeddilik”) liderlərinin sammitində çəkdirdiyi bir şəkil sosial şəbəkələrdə zarafat üçün səbəb olub.

Publika.az xəbər verir ki, bir çəmənlikdə çəkilən şəkildə Obama skamyada oturub, Merkel isə ayaq üstə əllərini yana açaraq ABŞ prezidentinə nəsə söyləyir.

“The Daily Mirror” qeyd edir ki, internet istifadəçiləri həmin şəkildən istifadə edərək foto-karikaturalar hazırlayıblar. Foto-karikaturalardan birində kansler alman xalq rəqsini ifa edir. Digər bir karikaturada isə Obama bir hamam vannasına “oturub”, Merkel isə ayaq üstə dayanıb.

“The Daily Mirror” yazıb ki, siyasətçilərin arasındakı söhbətin məzmunu məlum deyil.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR