• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İŞİD-ə qoşulmağa çalışan 3 ingilis qızın taleyi

  • Dünya
  • 10 İyun 2015 00:48
  • 749 Baxış
İŞİD-ə qoşulmağa çalışan 3 ingilis qızın taleyi

Qeyri-qanuni yollarla Suriyaya keçməyə cəhd edərkən saxlanılaraq Türkiyədən çıxarılan və ölkəsində saxlanılan 3 İngiltərə vətəndaşı sərbəst buraxılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə London polisindən bildirilib.

Londonda yaşayan və adları açıqlanmayan 3 qız (ikisi 17, biri 19 yaşındadır) İspaniyanın Barselona şəhərindən İstanbula uçmuş və burada Türkiyənin təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılmışdı. Mart ayında Türkiyədən göndərilən qızlar ölkəsinə qayıdan kimi saxlanılıb.

Suriya və İraqa səyahət edən İngiltərə vətəndaşlarının çoxunun İŞİD sıralarında döyüşmək üçün getdikləri təxmin edilir. İngiltərə polisi ötən il Suriya ilə əlaqədə olduğu deyilən 200-dən çox vətəndaşını saxlayıb.

Ölkədə fevral ayında “Terrorla mübarizə və təhlükəsizlik qanunu” qüvvəyə minib. Qanun İngiltərə vətəndaşlarının Suriya və İraqa getməsinin qarşısını almaq üçün hazırlanıb və sərhəd polisinə pasportları müsadirə etmək də daxil olmaqla bir çox səlahiyyət verir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR