İsveçli nazir: “Rusiya yalnız bu yolla dayandırıla bilər”
Bizi izləyin

Dünya

İsveçli nazir: “Rusiya yalnız bu yolla dayandırıla bilər”

“Rusiyanın təcavüzkar davranışları hərbi yolla deyil, siyasi və iqtisadi yollarla dayandırıla bilər”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İsveçin xarici işlər naziri Marqo Valström İsveç Beynəlxalq Əlaqələr İnstitutunda etdiyi çıxışında deyib.

Rusiyanın ənənəvi bir təhdid olduğunu deyən isveçli nazirin sözlərinə görə, Avropa Birliyinin (AB) Rusiyaya qarşı sanksiyaları saxlanılmalı və təzyiq davam etdirilməlidir. Marqo Valström qeyd edib ki, Rusiyanın Baltik dənizi üzərindəki təxribat xarakterli siyasətinin qarşısının alınması Rusiyanın Ukraynadakı irəliləyişinin dayandırılması ilə mümkündür.

O, gələcəkdə yardıma ehtiyac olduğu halda Ukraynanın inkişafında ön sıralarda yer alacağını vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm