Böyrəyindən 420 ədəd daş çıxdı - FOTOLAR
Bizi izləyin

Dünya

Böyrəyindən 420 ədəd daş çıxdı - FOTOLAR

Çində yaşayan kişinin böyrəyindən nə az, nə çox 420 ədəd daş çıxıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 55 yaşlı He adlı Çin sakinin tofu (soyalı kəsmik) həvəskarı olması həyatı üçün əsl təhlükə olub. He gün ərzində tofu yeyib az su içdiyi üçün böyrəyində çoxlu daş əmələ gəlib.

Cümə günü qarnındakı kəskin ağrılardan əziyyət çəkdiyi üçün həkimə müraciət edən He dərhal əməliyyata göndərilib. Çünki daşlar böyrəkdə suyun keçiciliyini məhdudlaşdırdığı üçün orqanın çıxarılma qorxusu yaranıb. Həkim isə Henin böyrəyində gördüyü daşların miqdarından şoka düşüb.

O deyib: “Hələ indiyədək bu qədər daşa rast gəlməmişəm. Böyrəkdəki daşların çıxarılması adətən 45 dəqiqə çəkir, lakin bu əməliyyat düz 2 saat vaxt apardı”.

Henin böyrəyindən çıxan daşlar müxtəlif ölçülü və rənglidir. Həkimin sözlərinə görə soyadan hazırlanan tofunun tərkibində kalsiumun miqdarı çoxdur. Gün ərzində su qəbul etmədikdə həmin kalsium çökərək böyrəkdə daşların əmələ gəlməsinə səbəb olur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm