• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Müsəlmanlar üçün teleskop hazırlanıb

  • Dünya
  • 6 Mart 2014 14:58
  • 448 Baxış
Müsəlmanlar üçün teleskop hazırlanıb

Səudiyyə Ərəbistanı və Böyük Britaniyanın fiziklər qrupu yeni Ayın çıxması vaxtını müəyyənləşdirmək üçün radioteleskop hazırlayıblar. Alimlərin sözlərinə görə, radioteleskop müxtəlif müsəlman ölkələrinin təqvimlərini pis hava şəraitində sinxronlaşdırmağa imkan verəcək. Qurğu haqqında məlumatlar “Monthly Notices of the Royal Astronomical Society” jurnalında dərc edilib.

İnterAz ictnews-a istinadən xəbər verir ki, diametri 3,7 metr təşkil edən teleskop 1-100 QHs diapazonunda işləyir. Bununla yanaşı, aparılan sınaqlardan məlum olub ki,10 QHs ən optimal diapazondur. Belə ki, bu diapazonda atmosferin korlanması şəraitində maksimal kontrastlığa nail olunur. Sınaqlardan məlum olub ki, teleskop Günəşdən bucaq məsafəsi iki dərəcəni ötməyən Ayı müşahidə etməyə imkan verir.

İslam təqvimində ayın ilk günü Ayın çıxması günü hesab edilir. Ayın ilk günü Ayın hilal formasında olması ilə başlayır. Təqvimin əsaslandığı Ayın günlərini astronomik proqramlar vasitəsilə dəqiqliklə hesablamaq mümkündür. Lakin İslam dinində bu və ya digər ayın rəsmi başlanma vaxtı ən azı iki etibar edilmiş müsəlmanın hilalı bilavasitə görməsi ilə təsdiq edilə bilər. Belə müşahidələr müxtəlif ölkələrdə müstəqil şəkildə aparıldığından bəzən buludluluq və ya səmanın yaxşı görünməməsi səbəbindən eyni dini bayram müxtəlif günlərdə qeyd olunur.

Teleskop yaradıcıları güman edirlər ki, qurğu Ayı bilavasitə görməkdə çətinlik yarananda yardımçı olacaq. İslam din xadimlərinin vaxtın belə üsulla müəyyənləşdirilməsini bəyənəcəkləri hələ ki məlum deyil.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR