• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Misir məhkəməsi 11 nəfər barədə ölüm hökmü çıxarıb

  • Dünya
  • 10 İyun 2015 04:14
  • 195 Baxış
Misir məhkəməsi 11 nəfər barədə ölüm hökmü çıxarıb

Misir məhkəməsi 2012-ci ildə futbol stadionunda baş vermiş iğtişaşla bağlı 11 nəfəri ölüm cəzasına məhkum edib.

Publika.az xəbər verir ki, məhkəmə digər 40 nəfəri 15 ilədək azadlıqdan məhrum etməklə yanaşı, 20 nəfərə isə bəraət qazandırıb.

Müttəhimlərin çıxarılan qərarlardan apellyasiya şikayəti vermək hüququ var.

Qeyd edək ki, ölkənin şimalındakı Səid liman şəhərində stadionda qarşıdurma zamanı 74 nəfər həlak olmuş, yüzlərlə insan isə yaralanmışdı. Misir tarixində ən qanlı futbol insidenti olan bu qarşıdurma Qahirənin Əl-Əhli klubu ilə ev sahibi Əl-Məsri komandaları arasındakı oyunun sonunda yerli azarkeşlər meydançaya daxil olaraq qonaq azarkeşlərə hücum etmişdilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR