• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Üsyançılar hərbi bazanı ələ keçirdi

  • Dünya
  • 10 İyun 2015 04:35
  • 317 Baxış
Üsyançılar hərbi bazanı ələ keçirdi

Suriya üsyançıları ölkənin cənubundakı hərbi bazanı ələ keçiriblər.

Publika.az xəbər verir ki, Britaniyada fəaliyyət göstərərn Suriya insan haqları mərkəzi məlumat yayıb. Məlumata görə, üsyançı qruplarla əlbir olan “Cənub cəbhəsi” iyunun 9-da Harak şəhəri ətrafındakı hərbi bazanın zəbt edildiyini bəyan edib. Bu Deraa əyalətindəki ən böyük bazalardan biridir.

Mərkəz həmçinin ətrafdakı şəhər və kəndin ələ keçirildiyini xəbər verir. Döyüş zamanı 20 əsgər və 14 üsyançının öldüyü bildirilir.

Bu baza paytaxt Dəməşqdən İordaniya sərhəddinə gedən yolun yaxınlığında yerləşir. Usyançıların son 3 ay ərzində Deraa əyalətində fəallaşdığı müşahidə olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR