Ukraynada neft bazasında ölənlərin sayı beş nəfərə çatıb - FOTO
Bizi izləyin

Dünya

Ukraynada neft bazasında ölənlərin sayı beş nəfərə çatıb - FOTO

İyunun 8-də axşam saatlarında Ukrayna vilayətində, Kiyev şəhəri yaxınlığındakı neft bazasında baş verən yanğını hələ də söndürmək mümkün olmayıb. Son məlumata görə, yanğın nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.

Publika.az xəbər verir ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov hadisə yerində üç yanğınsöndürənin cəsədinin tapıldığını bildirib. Bir qədər əvvəl isə DİN bir nəfərin hadisə yerində, daha bir zərərçəkmiş şəxsin isə xəstəxanada öldüyü barədə məlumat yaymışdı.

Beləliklə, yanğın nəticəsində 12 nəfər xəsarət alıb, 5 nəfər həlak olub, 10 nəfər isə xəstəxanaya yerləşdirilib.

Yanğının söndürülməsi davam edir. Bazada 17 neft çəninin olduğu, 50 metr aralıda isə silah anbarının yerləşdiyi bildirilir.

Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolkonun sözlərinə görə, hadisənin terror aktı olduğu təsdiqlənməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm