Mustafa Krımoğlu: “Rusiya torpağımızı işğal etdi”- Eksklüziv
Bizi izləyin

Dünya

Mustafa Krımoğlu: “Rusiya torpağımızı işğal etdi”- Eksklüziv

Mustafa Krımoğlu: “Rusiya torpağımızı işğal etdi”- Eksklüziv


“Rusiya bizim tarixi torpağımız olan Krımı işğal etdi”.Bu barədə Krım tatarlarının lideri Mustafa Krımoğlu Publika.Az -a eksklüziv açıqlamasında Krım parlamentinin Rusiyaya birləşdirilməsi ilə bağlı qərara münasibət bildirərkən deyib.

M. Krımoğlu parlamentin bu qərarını tanımadıqlarını deyib: “Biz buna tamamilə qarşıyıq. Bizim torpaqlarımızı başqa ölkə gəlib işğal edib. Krımda 1944-cü il yenidən bir başqa formada yaşanmaqdadır. Buna dünya da susmamalıdır. Nə üçün mənim istəyim olmadan tarixi torpağımı başqa ölkəyə birləşdirilir. Hər şey güclə, əzələ ilə həll edilməməlidir. Krım tatarlarındır, həmişə belə olub, bundan sonra da olacaq. Tatarlar da 1944-cü ili yenidən yaşamaq, Rusiyaya birləşmək istəmir”.

M. Krımoğlu qeyd edib ki, hazırda nələr olacağını gözləyirlər. Onun sözlərinə görə, dünyanın dəstək verməsi gözləntiləri var: “Biz özümüz əlimizdən gələni edəcəyik ki, bu bir daha baş verməsin. Burda bir işğal var, Krımda kimlərində əli ilə Rusiya bizim taleyimizi həll edir. Halbuki biz buna qarşıyıq”.

Qeyd edək ki, Krım Parlamenti bir neçə saat öncə yarımadanın Rusiyaya birləşdirilməsi qərarını qəbul edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm