• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ABŞ-ın nəşri: “Putin anlamağa başladı ki, Ukrayna itirilib”

  • Dünya
  • 10 İyun 2015 13:33
  • 472 Baxış
ABŞ-ın nəşri: “Putin anlamağa başladı ki, Ukrayna itirilib”

“Rusiya prezidenti Vladimir Putinin ötən ay Soçidə ABŞ dövlət katibi Con Kerri ilə görüşü zamanı “Rusiyanın tərkib hissəsi olan Şərqi Ukrayna”, yaxud da “xalq respublikaları”ndan deyil, Kiyevin hakimiyyəti altındakı regionlardan danışıblar”.

Publika.az xəbər verir ki, bu fikirlər ABŞ-ın “Newsweek” nəşrində Ukraynanın şərqindəki hazırkı vəziyyətə həsr olunan yazısında yer alıb.

Amerika nəşri yazır ki, Putin Soçi görüşündə “Novorossiya” ideyasının rəsmən “ölümü”nü bəyan edib.

“Kreml əslində öz məğlubiyyətini etiraf etdi. Görünür, Moskva anlamağa başladı ki, Ukrayna onun üçün artıq itirilib”, - nəşrə açıqlamasında Moskva Karnegi Mərkəzinin əməkdaşı Andrey Kolesnikov bildirib.

“Newsweek” qeyd edir ki, Putin müharibədə maliyyə baxımdan da yanılıb: “Krımın zəbt edilməsi ona böyük, amma qısa müddətli şöhrət gətirdi. Ancaq nəticədə neft qiymətlərinin kəskin düşməsi və ABŞ ilə Avropanın sanksiyaları Rusiya iqtisadiyyatına ağır zərbə vurdu. Rubl ucuzlaşdı. Ümumdünya Bankının məlumatına görə, Rusiya iqtisadiyyatında bu il 2,7 faiz azalma olacaq. Putin aprel ayında iqtisadi nəticələrə laqeyd yanaşdı və bildirdi ki, hər şey yaxşıdır. Ancaq sanksiyaların müddəti uzadılsa və sərtləşdirilsə, Rusiyanın bank sektoru dağıla bilər. Rusiya üçün ən böyük təhlükə SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması ola bilər. Əgər belə olarsa, Rusiyanın mağazaları, restoranları və ticarət mərkəzlərində indiyə qədər saxlanılan kövrək sabitlik çox tez buxarlanacaq. Çünki ölkədə pul axınları dayanacaq”.

ABŞ nəşrinin yazdığına görə, Kerrinin səfəri Ukraynada uzunmüddətli siyasi həllə nail olmaq üçün Qərbin nəzakətli diplomatik rəqsə başlamağa hazır olduğunu göstərdı. Qeyd edilir ki, Kreml Donetsk və Luqansk vilayətlərinin Ukraynanın tərkibində qalması ilə razı olduğunu nümayiş etdirir: “Amma əsas məsələ odur ki, bu vilayətlər muxtariyyətin hansı dərəcəsini alacaqlar. Bu yaxınlarda tarixə qovuşan Yuqoslaviyanın taleyinə əsasən, bu, Ukrayna üçün əhəmiyyətli məsələdir. Əgər o yaşamağa qadir dövlət kimi qalmaq istəyirsə”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR