PKK-nın 100 nəfərlik “ölüm siyahısı” ortaya çıxdı
Bizi izləyin

Dünya

PKK-nın 100 nəfərlik “ölüm siyahısı” ortaya çıxdı

Xəbər verildiyi kimi, dünən Türkiyənin Diyarbəkir şəhərində PKK-çılarla Hizbullah təşkilatına yaxın dərnək üzvləri arasında silahlı qarşıdurma olub. Məlumata görə, hücumu PKK tərəfdarı olan İnqilabçı Gənclik qruplaşması həyata keçirib. Nəticədə 4 nəfər ölüb, 4-ü isə yaralanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Diyarbəkr Polis Təşkilatı dünən öldürülən Azad Dava Partiyasının (Huda-PAR) üzvü Aytac Baranın da aralarında olduğu 100 nəfərlik “ölüm siyahısı”nı ortaya çıxarıb.

Məlumata görə, hələ seçkilərdən əvvəl 100 nəfərə ölüm xəbərdarlığı göndərilib. Vəkil Abdulğani Orxanın sözlərinə görə, xəbərdarlıqda PKK-nın həmin şəxslərə qarşı sui-qəsdə hazırlaşdığı deyilib. “Həmin siyahıda olanlardan birini şəhid etdilər. Təhlükəsizlik orqanları gəlib qalanlarını xilas etsin”, - vəkil bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm