İŞİD 90 kiloqramlıq İncili yandırdı
Bizi izləyin

Dünya

İŞİD 90 kiloqramlıq İncili yandırdı

İŞİD terror təşkilatının döyüşçüləri İraqın Mosul şəhərində xristianların müqəddəs kitabı olan İncilin qədim nəşrini yandırıblar.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyanın müftisi Əhməd Bədrəddin Hassun deyib.

Onun sözlərinə görə, kitabın çəkisi təxminən 90 kiloqram idi.

Qeyd edək ki, İŞİD 2015-ci ilin fevralında İraqın şimalında yaşı bir neçə min il olan heykəl kolleksiyasını dağıdıb. Terrorçular həmçinin Mosulun mərkəzi kitabxanasında təxminən 10 min kitabı yandırıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm