Saakaşviliyə gizli vəzifə: Kiyev NATO-Rusiya qarşıdurmasını hazırlayır
Bizi izləyin

Dünya

Saakaşviliyə gizli vəzifə: Kiyev NATO-Rusiya qarşıdurmasını hazırlayır

Ukrayna prezidenti Pyotr Poroşenkonun Rusiya hərbçilərinin Ukraynanın ərazisi vasitəsilə Dnestryanı əraziyə tranzitini qadağan etməsi Kiyev və Moskva arasındakı gərginliyi daha da artırıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Pyotr Poroşenkonun qərarını şərh edən ekspertlərin fikrincə, Kiyev bununla da Moskvanı sərt addımlara təhrik etməyə çalışır.

Bu versiyanı səsləndirən ekspertlər hesab edir ki, Poroşenko tanınmamış respublikanın hərbi blokadaya almaqla Moskvanı sərt addımlara təhrik edir və yenidən alovlanan münaqişə bəhanəsi ilə NATO qoşunlarını Ukraynaya dəvət etmək istəyir. Eyni zamanda politoloqların çoxları əmindirlər ki, Poroşenkonun Dnestryanı münaqişəsinin donunun açılması haqqında bəyanatları Avropa Birliyinində şəxsi əhəmiyyətini yüksəltmək məqsədi daşıyır.

Rəsmi məlumatlara görə, hazırda Dnestryanı ərazidə 1500 rus sülhməramlısı var. Daha əvvəl Kiyevlə əldə olunan razılaşmaya əsasən, Rusiya Federasiyasının hərbi birləşmələri Moldovaya Ukrayna vasitəsilə keçə bilərdi. Amma ötən ay bu razılaşma Kiyev tərəfindən ləğv edildi. Bundan sonra isə Rusiyanın sülhməramlıları Dnestryanı əraziyə yalnız Kişnyov aeroportu vasitəsilə çata bilər. Ancaq Moldova ötən aydan başlayaraq tələb edir ki, Moskva bunun üçün bir ay əvvəlcədən xəbər verməlidir.

Rusiya mediasının yazdığına görə, Poroşenko tanınmamış respublikanın iqtisadi blokadası məsələləri ilə məşğul olmaq barədə Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşviliyə tapşırıq verib. Saakaşvili bu günlərdə Dnestryanı ərazidən genişmiqyaslı qaçaqmalçılığın mövcud olduğunu bildirib və qeyd edib ki, buna son qoymaq niyyətindədir.

“Rossiyskaya Gazeta”nın versiyasına görə, regionun blokadası ilə bağlı addımları atmadan əvvəl Poroşenko Avropa Birliyi və NATO-nun dəstəyindən əmin olub: “Dnestryanı ərazidəki döyüş əməliyyatlarına NATO güclərinin cəlb olunması Moskvanı mütləq sərt reaksiya verməyə məcbur edəcək. Kiyev isə növbəti dəfə Rusiyanı təcavüzkar təqdim etməyə və NATO-nu Ukraynaya qoşunları daxil etməyə inandırmağa çalışacaq”.

Rusiya Dövlət Dumasının üzvü Alina Arşınovanın versiyasına görə, Kiyevin son hərəkətləri təcridetmənin planlaşdırılmış kampaniya olduğunu göstərir. Parlament üzvünün fikrincə, Rusiya bütün ssenarilərə, həmçinin Dnestryanı ərazinin tanınmasına baxmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm