Ukrayna böhranı- XƏRİTƏLƏRDƏ
Bizi izləyin

Dünya

Ukrayna böhranı- XƏRİTƏLƏRDƏ

Ukrayna böhranı- XƏRİTƏLƏRDƏ

Ukraynada böhranın mərkəzi Kiyevdən Krıma köçüb.Ukrayna Rusiyanı Krım yarmadasına silahlı müdaxilə etməkdə, Sevastopol aeroportunu ələ keçirməkdə ittiham edir.Publika.Az BBC-yə istinadən xəbər verir ki. Krımın Simferopol aeroportu da Rusiyapərəst olduğu zənn edilən silahlı şəxslər tərəfindən tutulub.

Ukrayna

Rusiyapərəst qüvvələr Krımı Rusiyadan ayıran boğazlara çıxan Kerç bərə limanını ələ keçiriblər. Boğazların Rusiya sahilində zirehli texnikanın cəmləşdiyi bildirilir.

Əksəriyyəti rusdilli oilan Krım bölgəsi həm Rusiya, həm də Ukrayna üçün strateji əhəmiyyət daşıyır.

Rusiya Qara Dəniz donanması tarixən Sevastopolda yerləşib.Ukrayna müstəqillik qazanandan sonra Sevastopol Rusiyaya icarəyə verilib.

4 il əvvəl icarə müqaviləsi 2042-ci ilədək uzadıldı. Əvəzində Rusiya Ukraynaya qazın qiymətində endirim etdi.

Böhranın tarixçəsi

Böhran 2013-cü ilin noyabr ayında prezident Yanukoviç Avropa İttifaqı ilə yaxınlaşma sənədini imzalamaqdan imtina etdikdən sonra başladı. Əvəzində hökümət Rusiya ilə daha sıx əlaqələr qurmağa çalışdı.Avrointeqraqsiya tərəfdarları prezident Yanukoviçin istefasını və erkən seçkilərin keçirilməsini tələb etdilər.

Kiyevin mərkəzi rolu

Kiyev

Paytaxt Kiyevin Müstəqillik Meydanı 3 ay ərzində etirazların baş verdiyi mərkəzi meydana çevrildi.Etirazlar dinc olsa da, vaxtaşırı baş verən zorakı hadisələr nəticəsində yüzlərlə adam yaralandı, 80-dən çox adam həlak oldu.

Zorakılıq zirvə həddinə çatanda Ukrayna parlamenti prezident Yanukoviçə impiçment elan etdi. Yanukoviç Kiyevi tərk edərək Rusiyaya gəldi.Ukrayna böhranı gedişində ölkədə parçalanma əlamətlərini üzə çıxdı.

Ölkənin şərgində rus dili geniş yayılıb, Krım yarmadasında əsas ünsiyyət dili sayılır.Ölkənin qərb hissəsində isə əsas dil Ukrayna dilidir, əhalinin əksəriyyəti özünü Mərkəzi Avropalı sayır.

Ukrayna

Ukranyanın qərb hissəsilə şərq hissəsi arasında fərq.

Bu tendensiya özünü seçki nəticələrində də göstərir. 2010-cü il seçkilərində rusdilli regionlar Viktor Yanukoviçə səs vermişdi.

Avropa və Rusiya

Aİ və Rusiya

Ukrayna həm Aİ həm Rusiya ilə iqtisadi əlaqələrə malikdir.Rusiya qaz kəmərləri Avropaya Ukrayna üzərindən keçir. 2006-cı ildə Rusiyanın qısa müddətə qazın nəqlini dayandırması Qərbi Avropada həyacana səbəb oldu.

Son zamanlarda Ukraynanın Aİ ilə ticarət müqaviləsi bağlamaq cəhdləri Moskva ilə gərginliyin yaranmasına səbəb olub.Moskva bu addımı Kiyevin Aİ üzlüyünə nail olmaq istiqamətində atılan addımı kimi qiymətləndirir.

Rusiya isə, əksinə, Ukraynanın Gömrük İttifaqına daxil olmasında maraqlıdr.

Xəritə

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm