Separatçılar Kremlin göstərişi ilə “səhv”lərini düzəltdilər
Bizi izləyin

Dünya

Separatçılar Kremlin göstərişi ilə “səhv”lərini düzəltdilər

Donbas separatçıları Rusiyanın təzyiqləri qarşısında bir gün əvvəlki mövqeyindən geri çəkiliblər.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, Luqansk və Donetsk “xalq respublikaları” (“LXR” və “DXR”) Ukrayna Konstitusiyasına dəyişikliklərlə bağlı Üçtərəfli Əlaqə Qrupuna təqdim etdiyi əlavələri geri çağırıb.

Bu barədə “DXR” və “LXR”in Üçtərəfli Əlaqə Qrupundakı səlahiyyətli nümayəndələri Denis Puşilin və Vladislav Deyneqonun bəyanatında deyilir.

“Sözsüz ki, "DXR" və "LXR" Krımı Rusiyanın hissəsi hesab edir. Bundan başqa, bizim respublikalarımız Rusiya Federasiyasının tərkibinə daxil olmaq istəyərdi”, - birgə bəyanatda qeyd edilir.

Qeyd edək ki, Luqansk və Donetsk separatçıları respublikaları Üçtərəfli Əlaqə Qrupuna təqdim etdiyi sənəddə Krım və Sevastopolu Ukraynanın tərkib hissəsi kimi tanıyıb. “Ukraynanın tərkibinə daxildir: Krım Muxtar Respublikası (…), Kiyev və Sevastopol şəhərləri”, - sənədin 133-cü maddəsində deyilirdi. Sənədin müəllifləri vurğulayıblar ki, Kiyev və Sevastopol şəhərləri, Donetsk və Luqansk vilayətləri Ukraynanın qanunları ilə idarə olunan və xüsusi statusa malik ayrı rayonlardır.

Sənəd Donetsk və Luqansk vilayətlərinin Ukrayna tərkibində xüsusi statusla saxlanılmasını nəzərdə tuturdu.

Ukraynalı ekspertlər hesab edir ki, separatçılar Moskvadan gələn göstərişdən sonra “səhv”lərini düzəldiblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm