ABŞ İŞİD-in olmadığı bölgəni niyə bombalayır? – ŞOK İDDİA
Bizi izləyin

Dünya

ABŞ İŞİD-in olmadığı bölgəni niyə bombalayır? – ŞOK İDDİA

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə aid döyüş təyyarələri Suriyanın Hassakah vilayətinin Tel-Abyad şəhərini bombalayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD bəhanəsi ilə bombalanan şəhərdə 20-i uşaq olmaqla 75 dinc sakin həyatını itirib.

Qeyd edilir ki, koalisiyanın hücumları ilə PKK-nın Suriyadakı qolu olan PYD-nin silahlı qanadı YPG gücləri üçün meydan açılır. İŞİD-ə aid heç bir ünsürün olmadığı yaşayış məntəqələri bombalanır, boşalan yaşayış məntəqələrində isə YPG yerləşir. Məlumata görə, 10 minlərlə vətəndaşın Türkiyəyə köçməsi ilə bölgənin demoqrafik quruluşu da dəyişir.

Bu ilin fevral ayında Kobanidən sonra hədəfinin Tel-Abyad şəhəri olduğunu söyləyən PYD-Peşmərgə gücləri beləliklə, ABŞ sayəsində hədəflərinə çatır. ABŞ eyni taktikanı daha əvvəl də tətbiq edib. İraqın Şincar bölgəsini bombalayan ABŞ burada PKK-nın yerləşməsini təmin edib.

Boşaldılan ərazilərdə ərəblərin yaşaması isə diqqət çəkir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm