Jurnalist diri-diri yandırıldı
Bizi izləyin

Dünya

Jurnalist diri-diri yandırıldı

Hindistanda jurnalist diri-diri yandırılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ram Murti Verma adlı yerli bir siyasətçini tənqid etdiyi üçün yandırılan jurnalist xəstəxanada dünyasını dəyişib.

Jagendra Sing adlı jurnalist siyasətçini sui-istifadəyə yol verdiyinə görə “Facebook”dan tənqid etmişdi.

“IBN Live” nəşrinə danışan polis isə Singin özünü yandırdığını iddia edib. “Jagendra Sing haqqında bir cinayət iddiası var idi. Onu həbs etməyə çalışdıq, amma intihar etdi”, - polisdən bildirilib.

Jurnalistin qohumları isə Singi həbs etməyə gələn polisin onu yandırdığını bildiriblər. Singin həyat yoldaşı müfəttiş və onunla gələn polislərin Singin üzərinə benzin töküb yandırdığını deyib.

Polis ittihamları rədd edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm