Kürdlər Bağdaddan neftin pulunu tələb edir
Bizi izləyin

Dünya

Kürdlər Bağdaddan neftin pulunu tələb edir

Şimali İraq kürd regional rəhbərliyi mərkəzi hökümətdən neftin pulunu tələb edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, kürd muxtariyyəti Bağdadla əldə olunan razılaşmada nəzərdə tutulan pulun yalnız 35 faizini alıb.

Ötən ilin dekabr ayında imzalanan razılaşma ilə kürd muxtariyyətinə mərkəzi hökümətin nəzarəti altında neft ixrac etməsinə və gəlirlərdən müəyyən hissə pay götürməsinə icazə verilib. Bu razılaşmadan sonra bölgənin neft ixracı gündəlik təxminən 550 min barelə qədər artıb.

“İŞİD ilə döyüş minlərlə kilometr uzunluqda olan bir cəbhədə aparılır. Lazımı iqtisadi infrastruktur olmadan bunu davam etdirmək mümkün deyil. Peşmərgəyə 3 ay maaş verə bilməsək, döyüşə davam etməyimiz çətin olacaq”, - muxtariyyətin təbii ehtiyatlar naziri Aşti Havram deyib.

Havrami həmçinin Bağdadın ödəmələri gecikdirməsi ilə əlaqədar Şimali İraqda fəaliyyət göstərən neft şirkətlərinə veriləcək pulun 3 milyard dollara çatdığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm