ABŞ səfirliyinin əməkdaşları terrorçuluqda ittiham olunur
Bizi izləyin

Dünya

ABŞ səfirliyinin əməkdaşları terrorçuluqda ittiham olunur

ABŞ-ın Qahirədəki səfirliyinin əməkdaşı Misirin dövlət təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Publika.az-ın məlumatına görə, amerikalı diplomatlar terrorçuluqda şübhəli bilinirlər. Yerli KİV-lərin məlumatına görə həbs edilən şəxs təhlükəsizlik orqanının əməkdaşı olmuş 42 yaşlı Əhməd Əlidir. Misirin Dövlət Təhlükəsizliyi Prokurorluğu onu islamçı “Heluan briqadası” terror qruplaşmasının fəaliyyəti ilə əlaqəsi olmaqda ittiham edir. Qurumun fikrincə, Əhməd Əli nəinki bu qruplaşmaya rəhbərlik edib, həm də paytaxt kənarında yerləşən Heluan şəhərində məhkəmə binasının partladılması və yandırılması da daxil olmaqla 13 hücumda bilavasitə iştirak edib.

Amerika diplomatik missiyasının rəsmi nümayəndəsi səfirlikdə işləyən Misir vətəndaşının saxlandığını təsdiqləyib. Qeyd edib ki, onlar ittiham irəli sürülməsi və digər hüquqi proseslərlə bağlı Misirin müvafiq qurumu ilə əlaqə saxlayırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm