Fransa və Belçika arasında müharibə çıxaran pul
Bizi izləyin

Dünya

Fransa və Belçika arasında müharibə çıxaran pul

Napoleon Bonapartın məğlubiyyətə uğradığı Vaterlo döyüşünün şərəfinə Belçikanın 2 avroluq xatirə pulu dövriyyəyə buraxmaq istəyi Brüssel və Paris arasında gərginliyə səbəb olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Belçikaya bununla bağlı etiraz edib.

Fransa hökuməti Belçikanın rəhbərliyinə bir məktub göndərərək Vaterlo döyüşünün adi bir hərbi qarşıdurma olmadığını, ictimai şüurda yerinin olduğunu bildirib. Fransanın etirazından sonra çap olunan 360 min avro dövriyyəyə buraxılmayıb.

Amma Belçika Fransanın təzyiqindən xilas olmağın yolunu tapıb. Avro bölgəsinin ölkələri 1 və 2 avroluq pullarla yanaşı, digər vahidlərdə pulları çap etmək hüququna sahibdir. Belçika bu hüquqdan istifadə edərək Vaterlo döyüşü üçün 2,5 avroluq pulları çap edib.

70 min ədəd 2,5 avro pul yalnız Belçika sərhədləri daxilində etibarlı olacaq. Ancaq bu pullarının çoxunun kolleksiyaçılar tərəfindən alınacağı təxmin edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm