ABŞ-dan Rusiyaya şok zərbə: NATO şimaldan yaxınlaşır
Bizi izləyin

Dünya

ABŞ-dan Rusiyaya şok zərbə: NATO şimaldan yaxınlaşır

NATO hərbi ittifaqını bütün vasitələrlə sərhədlərindən uzaqda saxlamaq istəyən Rusiya sərhədlərinin yaxınlığında daha bir ölkənin ittifaqa üzv olmasının şahidi ola bilər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, NATO-ya üzv 13 ölkədən olan 6 min əsgərin qatıldığı təlimləri izləmək üçün Stockholma gələn ABŞ-ın NATO-dakı səfiri Duqlas Luta İsveçin hərbi alyansa üzv olmasının vacibliyinə diqqət çəkib.

NATO üzvlük üçün İsveçə çağırış edən Duqlas Luta qeyd edib ki, İsveç NATO-ya üzv olduğu zaman ABŞ və ittifaqın təhlükəsizlik zəmanətini ala bilər: “Əks halda hər hansı bir hücum zamanı İsveç NATO və ABŞ-dan yardım gözləməsin”.

İsveçin müasir silahlara təchiz olunan bir orduya sahib olduğunu ifadə edən amerikalı diplomat İsveç ordusunun NATO-ya çox şey qazandıra biləcəyindən əmin olduğunu söyləyib. O, İsveçin NATO-ya üzvlüyü üçün ölkə parlamentinin razılığının da həlledici olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm