ŞOK: Türk kişilər arvadlarını suriyalı qadınlarla dəyişirlər
Bizi izləyin

Dünya

ŞOK: Türk kişilər arvadlarını suriyalı qadınlarla dəyişirlər

Suriyada vətəndaş müharibəsinin başlanmasından bu yana Türkiyənin bu ölkə ilə sərhəd 6 vilayətində boşanmalar sürətlə artıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kişilər həyat yoldaşlarından ayrılaraq suriyalı qadınlarla evlənməyə başlayıblar.

Məlumata görə, Suriya sərhədində yerləşən Qaziantəp, Hatay, Mardin, Şanlıurfa, Şırnak və Kilis vilayətlərində boşanmaların sayının artdığı müşahidə olunur. Boşanan kişilərin xüsusilə suriyalı gənc qızlarla evləndiyi bildirilir. Statistikalardan kənar imam nikahı ilə evlənən çoxlu sayda suriyalı qadının olduğu deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm