SSRİ-ni idarə etmiş ukraynalılar - ARAŞDIRMA
Bizi izləyin

Dünya

SSRİ-ni idarə etmiş ukraynalılar - ARAŞDIRMA

SSRİ-ni idarə etmiş ukraynalılar - ARAŞDIRMA

Keçmiş SSRİ-nin dağılmasından sonra Rusiya bu nəhəng imperiyanın varisi kimi çıxış etmək iddiasından əl çəkmədiyindən, hələ də postsovet respublikalarındakı proseslərə müdaxilə edir.

Ukraynada baş verən proseslər bunu bir daha sübut edir. Rusiya prezidenti Vladimir Putinin müstəqil respublikaları Rusiyanın təsir dairəsində saxlamaq niyyəti isə hələ ki puça çıxır. Amma Rusiya bu və ya digər formada Ukraynanın daxilindəki prosesləri gərginləşdirməklə hətta bu ölkənin ərazi bütövlüyünə xələl gətirəcək ssenariləri dövriyyəyə buraxır.

Putini qəzəbləndirən təkcə Ukrayna əhalisinin böyük hissəsinin Qərbə inteqrasiya tərəfdarı olması deyil. O, Rusiyanın, daha doğrusu, özünün adamı hesab etdiyi Viktor Yanukoviçin prezident kürsüsündən uzaqlaşdırılması ilə də razılaşmır.

Bir sözlə, Putin istəyir ki, qonşu Ukraynanın öz adamı idarə etsin. Belə olsa, Putinin SSRİ-ni yeni formada bərpa etmək niyyətinin də qismən reallaşması üçün şans yaranacaq. SSRİ-dən söz düşmüşkən, bəlkə də çoxları unudub ki, bu imperiyanın üç rəhbəri məhz Ukrayna ilə bağlı adamlar olublar.

Modern.az saytı maraqlı olacağını nəzərə alaraq, həmin şəxsləri təqdim edir.


1953-cü ildən 1964-cü ilə qədər Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyən Nikita Xruşşev 1894-cü il aprelin 15-də Kurski quberniyasının Kalinovke kəndində anadan olub. 1909-cu ildə Donbasda zavod və kömür mədənlərində işləyib. 1931-ci ildə Moskvaya partiya işinə gətirilib.

Nikita Xruşev Moskvada və Ukraynadakı repressiyaların həyata keçirilməsində başlıca rol oynayıb. O, 1971-ci il sentyabrın 11-də Moskvada vəfat edib.

SSRİ-də Brejnev erası


1964-cü ildə Xruşev əleyhinə sui-qəsdə rəhbərlik edən Leonid İliç Brejnev onun hakimiyyətdən uzaqlaşdırılmasına və Sovet İttifaqı Kommunist Partiyasının birinci katibi postunu tutmağa nail olur.

Breynev 1906-cı il il dekabrın 16-da Ukraynanın Kamenskoe (indiki Dneprodzerjinsk) kəndində anadan olub.

1950-ci ildə Moldovanın birinci katibi olub. 1952-ci ildə Sov.İKP-nin 19-cu qurultayında Stalinin tövsiyəsi ilə Brejnev Mərkəzi Komitənin katibi və MK Rəyasət Heyəti üzvlüyünə namizəd seçilib. 1954-cü ildə Xruşevin təklifi ilə Brejnev Kazaxıstana göndərilib, əvvəlcə ikinci, 1955-ci ildən respublika Kommunist Partiyasının birinci katibi işləyib.

1957-ci ildə Sov.İKP Mərkəzi Komitəsinin katibi və Rəyasət Heyətinin üzvü seçilib. Xruşevin yanında özünü tam doğruldan Brejnev 1960-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri təyin olunub.

1982-ci il noyabrın 10-da Moskvada vəfat edib.

SSRİ-nin ukraynalı üçüncü lideri


Brejnev öləndən sonra SSRİ-nin birinci şəxsi olmaq iddiası ilə yaşayan daha bir ukraynalı Konstantin Ustinoviç Çernenko idi. Lakin Yuri Andropovun o vaxt Mərkəzi Komitədəki tərəfdarlarının çoxluğu Çernenkonun arzusunun reallaşmaması ilə nəticələndi. Buna baxmayaraq, Çernenko Andropovun ölümündən sonra – 1984-cü il fevralın 13-də birinci katiblik arzusuna çatıb.

Ancaq bir il bir aydan sonra, 1985-ci il martın 10-da Çernenko Moskvada vəfat edir. Yeri gəlmişkən, o, Sovet İttifaqının Kremldə, Qırmızı meydanda dəfn olunan sonuncu lideridir. Çernenko 1911-ci il sentyabrın 24-də Yenisey quberniyasının (indiki Krasnoyarsk diyarı) Minusinski qəzasının Böyük Tes kəndində yoxsul kəndli ailəsində doğulsa da babaları Malorossiyadandır (Ukrayna). Onlar Yenisey çayının sahilinə XVIII əsrin sonlarında köçüblər.

Modern.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm