Obamadan Lukaşenkoya seçki “hədiyyə”si
Bizi izləyin

Dünya

Obamadan Lukaşenkoya seçki “hədiyyə”si

ABŞ prezidenti Barak Obama ölkəsinin Belarusa qarşı sanksiyalarının müddətini daha bir il uzadıb.

Publika.az RİA xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

Sanksiyaların müddəti 16 iyunda başa çatırdı.

Belorus və ölkə prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalar 2004-cü ilin oktyabrında qəbul edilib. O dövrün prezidenti oğul Corc Buş Konqres tərəfindən qəbul edilmiş “Belarusda demokratiya haqqında Akt”ı təsdiqləyib. Sənəddə siyasi dustaqların azad edilməsi, həmkarlar ittifaqlarına qarşı repressiyaların dayandırılması və ATƏT-in standartlarına müvafiq olaraq seçkilərin keçirilməsi tələb olunurdu. ABŞ-ın Maliyyə Nazirliyi isə İraqın keçmiş prezidenti Səddam Hüseynin çirkli pullarının yuyulmasında Belarusun “İnfobank”ını ittiham edib.

ABŞ-dan sonra Belarusa qarşı məhdudiyyətləri Avropa Birliyi tətbiq edib. Məhdudiyyətlər əsasən məmurlara verilən vizalarla bağlıdır. Sanksiyalar 2010-cu ildə Belarusda keçirilən prezident seçkilərindən sonra daha da sərtləşdirilib.

Qeyd edək ki, bu il noyabrın 15-də Belarusda növbəti prezident seçkilərinin keçirilməsi planlaşdırılıb. Seçkilərin 11 oktyabr tarixinə irəli çəkilməsi də istisna edilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm