“The Guardian”: “İŞİD beynəlxalq terror təşkilatını məhv etdi”
Bizi izləyin

Dünya

“The Guardian”: “İŞİD beynəlxalq terror təşkilatını məhv etdi”

İngiltərənin “The Guardian” qəzeti “İslam Dövləti” (İŞİD) terror təşkilatının “Əl-Qaidə”ni parçalayaraq məhv etdiyini yazıb.

Publika.az xəbər verir ki, qəzetin müxbirləri bu barədə “Çevriliş: İŞİD “Əl-Qaidəni daxildən neçə çökdürdü?” yazısında “Əl-Qaidə”nin iki önəmli liderinin fikirlərinə istinad edərək bildirib.

İstər 2013-ci ildə İngiltərədən çıxarılan iordaniyalı din adamı Əbu Katada, istərsə də “Guardian”ın “ən təsirli cihadçı din adamı” kimi xarakterizə etdiyi Məhəmməd əl-Makdisi İŞİD-in parça-parça etdiyi “Əl-Qaidə”nin artıq fəal bir təşkilat olmadığını söyləyib.

Əbu Katada və Məhəmməd əl-Makdisi “Əl-Qaidə” lideri Ayman əl-Zəvahirinin təşkilatın komandirləri ilə əlaqəsinin kəsildiyini deyib. Əl-Makdisiyə görə, hazırda yalnız bəzi əlaqə kanalları və Ayman əl-Zəvahiriyə sadiq bəzi şəxslərdən danışmaq mümkündür.

Əbu Katada iki ildir “Əl-Qaidə”yə qarşı hücuma keçən İŞİD-i bir “xərçəng” olaraq xarakterizə edir və İŞİD-in kimsəyə “hörmət etməməsi”ndən şikayətçidir.

“Guardian”ın xəbərində İŞİD-in Yaxın Şərqdə “Əl-Qaidə”nin bir qolu olaraq ortaya çıxdığı, 2014-cü ildən etibarən “Əl-Qaidə” ilə bağlarını qopararaq öldürücü bir döyüşə daxil olduğu xatırlanır.

Qəzetin yazdığına görə, “Əl-Qaidə”nin Liviyadakı liderlərindən birinin ölümündə İŞİD-i ittiham edib və qisas alacağına dair söz verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm