NATO-nun Rusiyaya hücum planı ələ keçdi
Bizi izləyin

Dünya

NATO-nun Rusiyaya hücum planı ələ keçdi

Hakerlər dünən axşam Litva Silahlı Qüvvələrinin Baş qərargahının saytını sındırıblar.

Publika.az “Delfi” saytına istinadən xəbər verir ki, hakerlər Rusiyanın Kalininqrad vilayətinin zəbt edilməsi ilə bağlı Litvanın planlarını ələ keçirib.

Bildirilir ki, 1 iyun tarixindən NATO-nun Polşa və Baltikyanı ölkələrdə keçirdiyi “Qılınc Zərbəsi - 2015” adlı təlimlər də məhz bu plana hazırlıq xarakteri daşıyır.

Ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti haker hücumunun baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə, mütəxəssislər hazırda hücum faktını araşdırırlar.

Qeyd edək ki, “Qılınc Zərbəsi – 2015” təlimləri Estoniya, Latviya, Litva və Polşa ərazisində keçirilir. NATO-nun 13 üzvü və Finlandiyanın qatıldığı təlimlər 19 iyun tarixinə kimi davam edəcək. Təlimlərdə altı min hərbi qulluqçu iştirak edir. Təlimlərə aviasiya və hərbi texnika, o cümlədən həmçinin “B-52” bombardmançıları, “A-10” qırıcıları və “Abrams” tankları cəlb edilib.

Kalininqrad vilayəti Rusiyaya məxsus olan və Polşa ilə Litva arasında yerləşən, eləcə də Rusiya ilə birbaşa sərhədi olmayan anklav ərazidir. Krımın Rusiyaya birləşməsindən sonra Kalininqrad vilayəti ilə bağlı diskussiyalar yenidən gündəmə gəlib. Litvada iddia edirlər ki, vilayət SSRİ dövründə müvəqqəti olaraq Rusiyanın nəzarətinə verilib və bu müddət çoxdan başa çatıb.

“Krımı tutan və Ukraynanın şərq ərazilərinə müdaxilə edən Rusiya dövlət sərhədlərinin bütövlüyü haqqında beynəlxalq razılaşmaları pozur. Bu isə Rusiyaya xatırlatmaq üçün əsas verir ki, Karalyauçus (Kalininqradı Litvada belə adlandırırlar – Ö.D.) 1945-ci ildə keçirilən Potsdam konfransında 50 il müddətinə icarəyə verilib. Əlli illik müddət çoxdan keçib və bu məsələni qaldırmaq üçün dəqiq əsaslar var”, - Şərqi Avropa Tədqiqatları Mərkəzinin (SİVE) analitiki Laurinas Kaşyunas vurğulayıb.

L.Kaşyunasın sözlərinə görə, vilayətin statusu haqqında Potsdam konfransının qərarını Böyük Britaniya və ABŞ yenidən gözdən keçirə bilərlər. Amma analitik hüquqi əsasların olmasına baxmayaraq, siyasi iradənin kifayət etməyəcəyini deyir: “Düşünürəm ki, bu məsələ sadəcə unudulub və yaxud da unudacaqlar. Məsələn, Budapeşt memorandumunu xatırlayaq. Ukrayna bu anlaşma çərçivəsində ona verilən təhlükəsizlik zəmanətlərini ala bilmədi”.

Litvadan səslənən ərazi iddialarına ABŞ-dan ekspertlər səviyyəsində dəstək verilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm