Çinli milyarder: “Üçüncü Dünya müharibəsi gəlir!”
Bizi izləyin

Dünya

Çinli milyarder: “Üçüncü Dünya müharibəsi gəlir!”

Çinin elektron ticarət nəhəngi “Alibaba Group”un qurucusu, ölkənin ən zəngin iş adamlarından olan Jak Ma III Dünya üharibəsi barədə xəbərdarlıq edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, çinli milyarder qlobal iqtisadiyyatın III Dünya müharibəsinə hazırlaşdığını söyləyib.

O, internet və digər müxtəlif platformaların yeni bir qlobal qarşıdurma dalğası yaradacağını söyləyib. Ancaq milyarder qeyd edib ki, bu dalğa Çin və ABŞ kimi ölkələrin ictimai problemlərə qarşı əməkdaşlıq etməsini təmin edəcək.

“Üçüncü Dünya müharibəsi baş verəcək, amma bu müharibə beynəlxalq olmayacaq. Bu müharibədə hamımız birlikdə xəstəlik, yoxsulluq və iqlim dəyişikliyinə qarşı döyüşəcəyik”,- Nyu-Yorkda bir konfransda danışan Ma deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm