Yanğınsöndürən 17 il sonra xilas etdiyi qızla görüşdü - FOTOLAR
Bizi izləyin

Dünya

Yanğınsöndürən 17 il sonra xilas etdiyi qızla görüşdü - FOTOLAR

Bir neçə il bundan əvvəl xilas etdiyi 9 aylıq körpə ilə dünyanın bir sıra ölkələrində məşhurlaşmış yanğınsöndürən Mayk Hyuz və 18 yaşlı Daniel Davison yenidən gündəmə gəliblər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o, xilas etdiyi uşaqla bir neçə ildən sonra görüşə bilib. Özü də bu maraqlı görüş Facebook vasitəsilə baş verib. Belə ki, Mayk Hyuz bir neçə gün əvvək sosial şəbəkədə həyatını xilas etdiyi qızcığazın sonrakı taleyi ilə maraqlanması barədə status yazıb. Mayk Hyuz sosial şəbəkədə profilini təsadüfən gördüyü qızın inboxuna “Mənə elə gəlir, bir dəfə səni yanğından xilas eləmişəm” – yazıb.

Bu, yanğınsöndürənlə xilas etdiyi qızın bir-birlərini tapmalarına səbəb olub. Onlar yazışmadan sonra görüşmək qərarına gəliblər.

“Bu görüş mənimçün olduqca vacibdir. Düşünürəm ki, əgər Mayk olmasaydı indi hər şey başqa cür olardı. Yəni mən həyatda yox idim” – deyən Danielin bu sözləri xilasedicini göz yaşlarına boğub.

Yanğınsöndürən yanan evin alova bürünmüş otaqlarından birində çarpayıda köməksiz vəziyyətdə qalmış uşağı xilas etməsi anlarını bu günə kimi unutmadığını deyib:

“Biz evin otağının böyük hissəsinə daxil olanda otaq alova bürünmüşdü. Mən Danieli yataq otağında tapdım”.

Yanğından 17 il sonra yenidən görüşən Daniel və Mayk üçün ən təsirli an xilasedicinin qıza atalıq etmək arzusunu dilə gətirməsi olub. Beləcə Mayk simvolik olaraq qızın ikinci atası olub.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm